Əsas məzmuna keç

Şəhərlərdə yaşıl dəhlizlər yaradılacaq - Komitənin yeni planı

Şəhərlərdə yaşıl dəhlizlər yaradılacaq - Komitənin yeni planı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni planı ilə paytaxt və regionlarda ekoloji mühit dəyişir. Müasir rekreasiya zonaları harada salınacaq? Detallar...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

şəhərlərində yeni "yaşıl dəhlizlər"in yaradılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.

"Biz deyirik ki, şəhərləri hamı üçün qururuq. məqsəd həqiqətən hamı üçün şəhər yaratmaqdırsa, o zaman gələcəyin baş planlarını yalnız bir peşə qrupu, yaxud bir qurum hazırlaya bilməz. Şəhərsalma olduqca mürəkkəb sistemdir, gələcəyin planlaşdırılması prosesində urbanistlər, memarlar, psixoloqlar, mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və digər sahələrdən olan tədqiqatçılar birlikdə çalışmalıdırlar. Çünki şəhərsalmanın mühüm hissələrindən biri zonalaşdırma planıdır və bu, təkcə kağız üzərində hazırlanan sxemlərlə məhdudlaşmamalıdır.

Biz hər bir şəhər üçün ideal zonalaşdırma planı hazırlaya bilərik, lakin həmin plan insan davranışı və gündəlik istifadə vərdişləri nəzərə alınmadan effektiv olmayacaq. Məsələn, şəhərdə rahat və təhlükəsiz piyada yolları yoxdursa, insanlar həmin məkanlardan istifadə etməyəcəklər. Yaşıl dəhlizlər yoxdursa, daha yaşıl və yaşana bilən şəhərlər yaratmaq mümkün olmayacaq", - deyə o qeyd edib.

Mütəxəssis Azərbaycandan nümunə gətirib: "Hazırda ölkənin ikinci ən böyük şəhəri əhali sayına görə Sumqayıt olsa da, 20 illik baş plana əsasən Gəncənin ikinci böyük şəhərə çevrilməsi nəzərdə tutulur. Gəncədə 200 hektarlıq böyük mövcuddur. Lakin park şəhər mərkəzindən uzaqda yerləşdiyi və ora aparan yaşıl dəhlizlər olmadığı üçün sakinlər ondan aktiv istifadə etmirlər. İnsanlar adətən evinə yaxın, rahat çıxışı olan ictimai məkanlara üstünlük verirlər. Məhz buna görə yeni baş planda xüsusi yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. İnsan psixologiyası göstərir ki, əgər şəhərdə piyada üçün əlverişli küçələr və yaşıl keçidlər formalaşdırılarsa, sakinlər park və ictimai məkanlardan daha çox istifadə edəcəklər.

Bu yanaşma vasitəsilə şəhər planlarına psixoloji və sosial elementlər daxil etmək mümkündür. Nəticədə isə daha dayanıqlı, çevik və insan yönümlü şəhərlər formalaşır. Bu səbəbdən düşünürəm ki, gələcəyin şəhərsalma planlarında psixologiya, sosiologiya, ictimai səhiyyə və nəqliyyat sahələrinin ekspertləri planlaşdırma prosesinə daha fəal şəkildə cəlb edilməlidirlər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…