Əsas məzmuna keç

Sabah yağış yağacaq: Hava kəskin dəyişir

Sabah yağış yağacaq: Hava kəskin dəyişir

Sinoptiklər xəbərdarlıq edir: Bakıda və rayonlarda hava kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin son proqnozu və temperatur göstəriciləri ilə tanış olun.

en ru

Azərbaycanda mayın 16-da havanın yağışlı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağacağı, çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 17° isti olacaq.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…