Operativ Məlumat Mərkəzi

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

1 dəq
Paylaş:
Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Bakıda binasında baş vermiş yanğın söndürülüb, 5 nəfər təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Sani küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə qeydə alınan yanğın FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax