Operativ Məlumat Mərkəzi

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

1 dəq
Paylaş:
Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb, 5 nəfər təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə qeydə alınan yanğın FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər