Operativ Məlumat Mərkəzi

Bakıda üç narkokuryerdən 18 kiloqrama yaxın narkotik götürülüb

1 dəq
Paylaş:
Bakıda üç narkokuryerdən 18 kiloqrama yaxın narkotik götürülüb

Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə olan Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib.

"Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunub. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax