Operativ Məlumat Mərkəzi

Bakıda “Go Green” sərgisi açılıb

2 dəq
Paylaş:
Bakıda “Go Green” sərgisi açılıb

Bakıda keçirilən 74-cü Astronavtika Konqresi çərçivəsində “” jurnalının “Go Green” adlı IV eko-sərgisi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsaıl İnkişaf və Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltəraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir.

“Go Green” layihəsi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin incəsənət vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 2-dən Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

Ülviyyə Mahmudun rəhbərlik etdiyi “NARGIS” jurnalı sosial layihələrə böyük önəm verir. İctimaiyyətin diqqətini insan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinə cəlb etmək və istehlak mədəniyyətinin formalaşmasına təsir göstərmək məqsədilə ardıcıl olaraq sərgilər təşkil edir.

“Go Green” sərgisi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və , Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “ASAN könüllüləri” və “Baku Bus” MMC-nin dəstəyi ilə təşkil olunub. Layiihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşması və inkişafına yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sərgi Beynəlxalq Astronavtika Konqresindən sonra – oktyabrın 10-dan noyabrın 30-dək “Space13” incəsənət məkanında nümayiş olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax