Bakıda “Go Green” sərgisi açılıb

Bakıda “Go Green” sərgisi açılıb
04.10.2023 15:50
Aa
dəq

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “NARGIS” jurnalının “Go Green” adlı IV eko-sərgisi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsaıl İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltəraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir.

“Go Green” layihəsi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin incəsənət vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 2-dən Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

Ülviyyə Mahmudun rəhbərlik etdiyi “NARGIS” jurnalı sosial layihələrə böyük önəm verir. İctimaiyyətin diqqətini insan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinə cəlb etmək və istehlak mədəniyyətinin formalaşmasına təsir göstərmək məqsədilə ardıcıl olaraq sərgilər təşkil edir.

“Go Green” sərgisi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “ASAN könüllüləri” və “Baku Bus” MMC-nin dəstəyi ilə təşkil olunub. Layiihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşması və inkişafına yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sərgi Beynəlxalq Astronavtika Konqresindən sonra – oktyabrın 10-dan noyabrın 30-dək “Space13” incəsənət məkanında nümayiş olunacaq.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu