Operativ Məlumat Mərkəzi

Bakıda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib

2 dəq
Paylaş:
Bakıda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib

Yolları Dövlət Agentliyi Bakıda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də inşa edilmiş keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni ciblikləri, avtobus dayanacağı, keçidin istismarına edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

"Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq. Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşasının aparılması nəzərdə tutulub", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax