Operativ Məlumat Mərkəzi

Bakı-Mingəçevir marşrut xətti üzrə avtobuslar yenilənib

2 dəq
Paylaş:
Bakı-Mingəçevir marşrut xətti üzrə avtobuslar yenilənib

Bakı-Mingəçevir-Bakı marşrut xətti üzrə müasir və komfortlu sərnişinlərin istifadəsinə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İnkişaf və Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir. Avtobuslar Bakı Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax