Operativ Məlumat Mərkəzi

Bakı-Ələt-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakı-Ələt-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun 47,9-cu kilometrində (paytaxtın rayonundakı DYP postu yaxınlığında) vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax