Operativ Məlumat Mərkəzi

Hava nəqliyyatı ilə sərnişindaşıma 39 % artıb

1 dəq
Paylaş:
Hava nəqliyyatı ilə sərnişindaşıma 39 % artıb
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur. Hesabat dövründə ən çox sərnişin 334 min 113 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ...

Bu ilin yanvar-may aylarında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 192 min 751 nəfər sərnişin daşınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

Hesabat dövründə ən çox sərnişin 334 min 113 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (298 min 293 nəfər sərnişin, +26,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (163 min 769 sərnişin, +47,3 %) izləyib.

Təkcə mayda isə Azərbaycandan 283 min 917 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 28,1 % artaraq 79 min 562 nəfər olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər