Operativ Məlumat Mərkəzi

Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb

1 dəq
Paylaş:
Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb

Azyaşlıların ölümü ilə bağlı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq- tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax