Əsas məzmuna keç

Ağdərədə mina partladı: Xəsarət alanlar var - YENİLƏNİB

Ağdərədə mina partladı: Xəsarət alanlar var - YENİLƏNİB

İşğaldan azad edilmiş ərazidə baş verən hadisə zamanı mülki şəxslər yaralanıb. Təcili tibbi yardım briqadaları və minatəmizləyənlər hadisə yerinə cəlb edilib.

ru en

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayışı səbəbilə 1994-cü il təvəllüdlü sağ aşıq baldırın amputasiyası icra olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…