Operativ Məlumat Mərkəzi

AZƏRTAC ilə üç xarici informasiya agentliyi arasında əməkdaşlıq müqavilələri imzalanıb

2 dəq
Paylaş:
AZƏRTAC ilə üç xarici informasiya agentliyi arasında əməkdaşlıq müqavilələri imzalanıb

Şuşada keçirilən Media Forumu çərçivəsində Dövlət İnformasiya Agentliyi () ilə üç xarici informasiya agentliyi - Bolqarıstanın BTA, Filippinin PNA, Albaniyanın ATA informasiya agentlikləri ilə haqqında imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Xatırladaq ki, AZƏRTAC və BTA agentliyi arasında əməkdaşlığa dair ilk sənəd 2004-cü ildə, ATA agentliyi ilə isə 2006-cı ildə imzalanıb. Filippinin PNA informasiya agentliyi ilə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax