Operativ Məlumat Mərkəzi

Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəliblər

2 dəq
Paylaş:
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəliblər

Azərbaycanla növbəti görüşün və yerini etmək barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.

Görüşdə delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax