Operativ Məlumat Mərkəzi

Azərbaycanın güləş millilərinin Avropa çempionatı üçün heyəti açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanın güləş millilərinin Avropa çempionatı üçün heyəti açıqlanıb

İspaniyanın de Kompostela şəhərində keçiriləcək U-20 üçün Azərbaycanın iki güləş millisinin bəlli olub.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyində Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzaim Mərdanov (130 kq) uğur qazanmağa çalışacaq.

Qadın güləşçilərin yarışında böyük Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Ruzanna Məmmədova (55 kq), Nərgiz Səmədova (57 kq), Firuzə Məcidova (59 kq), Fatimə İsayeva (68 kq) və Mərziyə Sadıqova (72 kq) mübarizə aparacaq.

Sərbəst güləş üzrə yığmanın heyəti isə iyunun 27-də açıqlanacaq.

Qeyd edək ki, iyunun 26-da start götürəcək yarış iyulun 2-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax