Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın beynəlxalq məhkəmə sistemində rolu Avropada təqdir edilib

2 dəq
Paylaş:
Azərbaycanın beynəlxalq məhkəmə sistemində rolu Avropada təqdir edilib

Lüksenburq şəhərində Avropa Assosiasiyasının növbəti illik toplantısı keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev iştirak ediblər.

Açılış mərasimi 39 ölkənin nümayəndələrinin iştirakı ilə Avropa İttifaqı Ədalət Məhkəməsində keçirilib. Ötən il Hakimlər Assosiasiyasının 67-ci Baş Asambleyasının Bakıda yüksək səviyyədə keçirildiyinə görə təşkilatın rəhbərliyi tərəfindən Azərbaycan tərəfinə təşəkkür bildirilib.

Daha sonra Assosiyasiyanın işçi qruplarının məruzələri dinlənilərək, üzv dövlətlərdə hakimiyyətinin fəaliyyəti və müstəqilliyinin təminatı ilə bağlı vəziyyət müzakirə olunub.

Polşada Konstitusiya Məhkəməsinin bir sıra hakimlərinin fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılmasının, Yunanıstanda məhkəməyə hörmətsizlik hallarının qarşısının alınmasının vacibliyinə dair müvafiq qətnamələr qəbul edilib.

Eyni zamanda Macarıstan, Litva, Rumıniya və bir sıra digər dövlətlərdə hakimlərin müstəqilliyi ilə bağlı mövcud problemlərin narahatlıq doğurduğu xüsusilə vurğulanıb.

Asambleyada həmçinin Avropa Hüquq Akademiyasının, Avropa Məhkəmə Şuraları Şəbəkəsinin və Avropa Ədliyyə Təlim Şəbəkəsinin rəhbər heyətlərinin təqdimatları dinlənilib.

Tədbir çərçivəsində təşkilatın rəhbər heyətinin Lüksemburq Böyük Hersoqu V Giyom tərəfindən qəbulu, habelə iştirakçıların Avropa İttifaqı Ədalət Məhkəməsinin fəaliyyəti ilə tanışlığı həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax