Operativ Məlumat Mərkəzi

Dini qurumlara maliyyə yardımı ayrılıdı - SƏRƏNCAM

2 dəq
Paylaş:
Dini qurumlara maliyyə yardımı ayrılıdı - SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında imzalayıb.

Sərəncamla maliyyə yardımı ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə ayrılıb.

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 , Rus Pravoslav Kilsəsinin Bakı və Yeparxiyası dini qurumuna 350 , Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax