Operativ Məlumat Mərkəzi

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb - 11.07.2024

1 dəq
Paylaş:
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb - 11.07.2024

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə 2,8 milyard manat yaxın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % 1,8 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 % artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 % artaraq 74,6 milyon manata çatıb.

İl ərzində haqları üzrə daxilolmalar isə 7,7 % artaraq 486,8 , o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 % artaraq 340,6 milyon manat olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax