Operativ Məlumat Mərkəzi

Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb - 06.02.2025

2 dəq
Paylaş:
Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb - 06.02.2025

2024-cü ilin ilkin məlumatlarına görə, iqtisadiyyatında muzdla işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 % artaraq 1 009,2 manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Statistika Komitəsinə istinanadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və , eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə 1 milyon 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 18,5 %-i ticarət; vasitələrinin təmiri, 18,5 %-i təhsil, 13,5 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax