Operativ Məlumat Mərkəzi

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib

2 dəq
Paylaş:
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.

Qərara əsasən, edən tərəf ezam olunan işçini yeri və yeməklə təmin hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 normasının 5 %-i qədər ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax