Operativ Məlumat Mərkəzi

Azərbaycanda doğum sayı azalıb

1 dəq
Paylaş:
Azərbaycanda doğum sayı azalıb

Bu ilin yanvar-iyun ayları ərzində sayı ötən illə müqayisədə azalıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 , qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax