Operativ Məlumat Mərkəzi

Azərbaycan və İran dəmir yolu sahəsində Strateji Əməkdaşlıq Planı imzalayıb

2 dəq
Paylaş:
Azərbaycan və İran dəmir yolu sahəsində Strateji Əməkdaşlıq Planı imzalayıb

" Dəmir Yolları" QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Planı” imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, ADY-nin sədri Rövşən Rüstəmovun Tehrana səfər çərçivəsində,Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında - İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb.

Dəmiryol rəhbərləri İranın Astara şəhərində yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.

Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.

Həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax