Əsas məzmuna keç

Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərin əhəmiyyəti qeyd olunub. O cümlədən yüksək səviyyəli ikitərəfli...

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi etimadnaməsinin surətini bu ölkənin naziri Luminitsa Odobeskuya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ilə Rumıniya arasında strateji və dostluq münasibətlərin əhəmiyyəti qeyd olunub. O cümlədən yüksək səviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub.

İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişlənməsi imkanları müzakirə olunub.

Nazir Luminitsa Odobesku iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək Rumıniyanın ikitərəfli Strateji Tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…