Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

2 dəq
Paylaş:
Azərbaycan səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

27 avqust 2025-ci il tarixində Respublikasının Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuelanın Prezidenti Maduroya təqdim edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Venesueladakı səfirliyi məlumat verib.

Venesuela Prezidenti ilə söhbət əsnasında səfir Ruslan Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə dövlət başçımıza təşəkkürünü bildirib.

Görüşdə həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax