Əsas məzmuna keç

Azərbaycan səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

27 avqust 2025-ci il tarixində Respublikasının Bolivar Respublikasındakı səfiri etimadnaməsini Venesuelanın Prezidenti Nikolas Maduroya təqdim edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Venesueladakı səfirliyi məlumat verib.

Venesuela Prezidenti ilə söhbət əsnasında səfir Ruslan Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə dövlət başçımıza təşəkkürünü bildirib.

Görüşdə həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…