Operativ Məlumat Mərkəzi

Azərbaycan ötən il neft və qazın nəqlindən 7 milyon manat gəlir əldə edib

2 dəq
Paylaş:
Azərbaycan ötən il neft və qazın nəqlindən 7 milyon manat gəlir əldə edib

2022-ci ildə neft və təbii qazın ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 milyon ABŞ dolları və 7,2 milyon manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) 14,6 milyon manat və yaxud 66,9 % az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma alınıb.

2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 milyon olsa da, hesabat ilində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə faktiki olaraq 7,2 milyon barel neft nəql edilib.

Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax