Azərbaycan ötən il neft və qazın nəqlindən 7 milyon manat gəlir əldə edib

Azərbaycan ötən il neft və qazın nəqlindən 7 milyon manat gəlir əldə edib
20.06.2023 10:14
Aa
dəq

2022-ci ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 milyon ABŞ dolları və yaxud 7,2 milyon manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) nisbətən 14,6 milyon manat və yaxud 66,9 % az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma qeydə alınıb.

2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 milyon barel olsa da, hesabat ilində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə faktiki olaraq 7,2 milyon barel neft nəql edilib.

Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu