Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - 10.06.2023

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - 10.06.2023

silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli məntəqələri istiqamətlərində mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

MN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax