Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda atəş tapşırıqları icra olunub - VİDEO

1 dəq
Paylaş:
Azərbaycan Ordusunda atəş tapşırıqları icra olunub - VİDEO

Ordusu Quru Qoşunlarının və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-ci ilin hazırlıq planına uyğun olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına atəş mövqelərini tutublar.

Real şəraitinə uyğun keçirilən təlimdə düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax