Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan pilotları çətin döyüş manevrlərini icra ediblər

2 dəq
Paylaş:
Azərbaycan pilotları çətin döyüş manevrlərini icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Hava Qüvvələrinin aviasiya bölmələrində -məşq uçuşları icra edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ​uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.

Təlim-məşq uçuşunun planına əsasən, "JF-17C" (Block-III), "Su-25ML" və "L-39" tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax