Operativ Məlumat Mərkəzi

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

2 dəq
Paylaş:
Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

ICMP-nin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etməsi ilə bağlı qarşısında məsələ qaldırmasından və vasitəçi olmasından məmnun olardı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, təşkilat məhkəmə ekspertizası sahəsində böyük iş təcrübəsinə, texniki imkanlara və heyətinə malikdir, davamlı itkinlərin taleyinin aşkarlanması sahəsində yeni imkanlar açacaq:

"Xüsusilə Azərbaycanın mütəxəssis heyətinə təlimlərin keçirilməsi, dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya, o cümlədən qalıqların eyniləşdirilməsi sahəsində yeni metodologiyaların və texnologiyaların tətbiqi vacibdir. Ən ciddi çətinlik isə qarışıq sümüklərin eyniləşdirilməsindədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax