Operativ Məlumat Mərkəzi

"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib

2 dəq
Paylaş:
"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib

Bu ilin yanvar-noyabr aylarında " Dəmir Yolları" QSC-yə (ADY) dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

Dəmir yolunda qəza hadisələri piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda tədbirlərini gücləndirir.

"Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - deyə qurum bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax