Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarların hərəkəti qeyri-iş günləri üçün nəzərdə tutulan qrafik üzrə həyata keçiriləcək.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” ADY-ə istinadən xəbər verir.
Bildirilib ki, yanvarın 21-dən etibarən qatar parkında olan qatarların birinin planlı təmirə verilməsi səbəbindən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət cədvəlinə müvəqqəti dəyişikliklər tətbiq olunacaq.
Yenilənmiş qrafikə əsasən, Sumqayıtdan saat 07:30 və 08:00-da yola düşən ekspres qatarlar Bakıxanov stansiyasında da dayanacaq. Eyni zamanda, Bakıdan saat 18:05-də çıxan Pirşağı–Sumqayıt istiqamətli ekspres qatar Sabunçu stansiyasında da sərnişinləri mindirib-düşürəcək.
Qeyd olunub ki, şənbə və bazar günləri üçün mövcud qatar cədvəlində hər hansı dəyişiklik nəzərdə tutulmur.