Operativ Məlumat Mərkəzi

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

2 dəq
Paylaş:
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

boksçusu Tayfur Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə saytına məlumata görə, 60 kq dərəcəsində mübarizə yığma üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.

Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.

Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax