Əsas məzmuna keç

Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar

Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar

Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində oğlanlar arasında boks yarışlarının görüşləri yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, millisinin boksçuları uğurlu çıxış edərək qızıl medallar qazanıblar. Qardaş Rəhimov (46 kiloqram), Əli (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin digər qızıl medallarını tacikistanlı Behruz Umarov (50 kiloqram), özbəkistanlı boksçular- Bekhruzjon Rakhataliyev (54 kiloqram), Bobomurod Boymirzayev (57 kiloqram), Dilşod Akmadjanov (63 kiloqram), Oybekjon Abdurahimov (70 kiloqram), Kurşidbek Jurayev (75 kiloqram) qazanıblar.

təmsilçiləri Maksim Sobolev (66 kiloqram) və Astemir Karayev (80 kiloqram) də final görüşlərini qalib kimi başa vuraraq qızıl medala sahib olublar.

Bundan başqa, Azərbaycan boksçuları Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Haxverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiq görülüblər.

Xatırladaq ki, dünən qadın boksçularımız 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medal qazanıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…