Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə daha 177 mina, 1584 PHS aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə daha 177 mina, 1584 PHS aşkarlanıb

İşğaldan azad ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan barədə həftəlik (06.10.2025-12.10.2025) məlumat açıqlanıb.

Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Məlumat Mərkəzi-OMM" - ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 77 piyada əleyhinə mina, 100 tank əleyhinə mina, 1584 Partlamamış Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1497.5 hektar mina və PHS-lərdən təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax