Operativ Məlumat Mərkəzi

AYNA: Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq

2 dəq
Paylaş:
AYNA: Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq

Bakı şəhərində və ətraf ərazilərində olunan avtobusların sayının 2500-ə çatdırılması planlaşdırılır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

"Sərnişindaşımada xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə parkının yenilənməsi, avtobusların sayının artırılması mərhələli şəkildə davam etdirilir. Belə ki, COP29 konfransı ərəfəsində ölkəyə gətirilmiş 160 ədəd müasir elektrikli avtobus paytaxtın xətlərində istismara verilib. Bundan başqa, özəl daşıyıcı şirkətlər də parkın yenilənməsi prosesində fəal iştirak edir. Onlar ötən il ekoloji təmiz texnologiyalar əsasında çalışan 60-dan artıq avtobus alıb, bu il isə əlavə təqribən 200 bu tipli avtobusun alınması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Nəqliyyat rəsmisi xatırladıb ki, ötən il 200 avtobus təmir olunaraq yenidən istismara buraxılıb: “Bununla paytaxtda və şəhərətrafı ərazilərdə müntəzəm marşrutlarda istismar olunan avtobusların sayı 2 160-a çatıb. Yaxın zamanlarda bu rəqəmin 2500-ə çatdırılması planlaşdırılır. Mobilliyin transformasiyası və marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində avtobus parkının yenilənməsi prosesi ölkənin bölgələrini də əhatə edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax