Operativ Məlumat Mərkəzi

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb

1 dəq
Paylaş:
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Respublikasının vətəndaşı Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı müəyyən edildiyindən, barəsində şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax