Operativ Məlumat Mərkəzi

Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb

2 dəq
Paylaş:
Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb

Avstraliyanın ən böyük olan Yeni Cənubi Uelsin mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda sakinlərini diqqətli olmağa çağırıb.

Səhiyyə departamentinin direktoru Ceremi Makanultinin sözlərinə görə, Avstraliyada tapılan ştam digər ölkələrdə, xüsusən də Afrikada olan ştamlardan fərqlidir.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Mpox, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir və onun insandan insana ötürülməsi yolu yayılması məhduddur. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 1 ilə 10% arasında dəyişir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax