Əsas məzmuna keç

Avropa Oyunlarında iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub

Avropa Oyunlarında iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub

Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq. Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni...

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.

Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Polşadakı yarışda Azərbaycanı Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı blitsdə mübarizə aparacaq. İştirakçı Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…