Əsas məzmuna keç

"Avqustun 19-da saat 09:50 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI

"Avqustun 19-da saat 09:50 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI

Ermənistan kvadrokopteri Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşu etməyə cəhd göstərib. MN-dən təcili açıqlama.

Avqustun 19-da saat 09:50 radələrində silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun məntəqəsi istiqamətində mövqelərindən Ordumuzun mövqeləri üzərində uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazilriyindən məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…