Operativ Məlumat Mərkəzi

"Avqustun 19-da saat 09:50 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI

1 dəq
Paylaş:
"Avqustun 19-da saat 09:50 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI
Ermənistan kvadrokopteri Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşu etməyə cəhd göstərib. MN-dən təcili açıqlama.

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazilriyindən məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər