Operativ Məlumat Mərkəzi

“Arsenal” doğma meydanda “Liverpul”u məğlub edib

2 dəq
Paylaş:
“Arsenal” doğma meydanda “Liverpul”u məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIII turun oyunları davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma keçirilib.

Turun mərkəzi görüşü Londonda baş tutub. Burada "" ""u qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 14-cü dəqiqədə paytaxt təmsilçisinin heyətində Bukayo Saka açıb. Maqalhaes 45+3-cü dəqiqədə avtoqol müəllifi olaraq tablodakı rəqəmləri bərabərləşdirib. "Topçular" 57-ci dəqiqədə Qabriel Martinelli ilə yenidən önə keçiblər. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Leandro Trossard müəyyənləşdirib.

Günün digər oyunlarında "Vulverhempton" "Çelsi"ni 4:2, "" isə "Vest Hem"i 3:0 hesabı ilə məğlub edib. "Nottingem Forest" - "Bournmunt" görüşü isə qollu sülhlə yekunlaşıb - 1:1.

Bu nəticələrdən sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. "Arsenal" 49 xalla 2-cidir. Aktivində 46 xalı olan "" 3-cü, eyni xala malik "Aston Villa" isə dördüncü pillədə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax