Əsas məzmuna keç

Antoni Marsyalın Yunanıstan klubuna keçidi rəsmiləşib

Antoni Marsyalın Yunanıstan klubuna keçidi rəsmiləşib

28 yaşlı fransalı futbolçu bu gün Afinaya gələcək və müqaviləyə imza atacaq. Hücumçu bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz idi. O,...

İngiltərənin "" klubunun sabiq hücumçusu Antoni Marsyalın təmsilçisi AEK-ə keçidi rəsmiləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı fransalı futbolçu bu gün Afinaya gələcək və müqaviləyə imza atacaq.

Hücumçu bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz idi. O, “qırmızı ”ın heyətində meydana 317 oyunda 90 qol vurub.

Qeyd edək ki, A.Marsyal karyerası ərzində "Monako", "Sevilya" və "Lion" klublarında da çıxış edib. O, Fransa yığmasının heyətində 30 oyunda meydana çıxıb, 2 qol vurub. Forvard "Mançester Yunayted"in heyətində iki dəfə İngiltərə Kubokunu, eyni sayda İngiltərə Liqa Kubokunu qazanıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…