Əsas məzmuna keç

Ankarada Türkiyə və Azərbaycan Baş Qərargah rəislərinin görüşü olub

Ankarada Türkiyə və Azərbaycan Baş Qərargah rəislərinin görüşü olub

M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb. Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli...

Ankarada müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş general-polkovnik Kərim Vəliyevlə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçiilir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə məsələləri müzakirə olunacaq.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…