Ankarada Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçiilir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.