Operativ Məlumat Mərkəzi

Amerikada türklərin ən çox yaşadığı vilayətdə- Patersonda matəm elan olunub

3 dəq
Paylaş:
Amerikada türklərin ən çox yaşadığı vilayətdə- Patersonda matəm elan olunub
“ABŞ-da türklərin ən sıx yaşadığı Nyu-Cersi ştatının Paterson vilayətində Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram və...

“ABŞ-da türklərin ən sıx yaşadığı Nyu-Cersi ştatının vilayətində Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram və türk xalqına həmrəylik əlaməti olaraq matəm elan olunub və bayraqlar yarıya endirilib”.

Paterson şəhərinin meri Andre Sayeq “Operativ Məlumat Mərkəzi - OMM ”in ABŞ-bürosuna açıqlamasında deyib ki, bələdiyyə binasında və Suriyaya üçün ianələrin toplanması məqsədilə məntəqə yaradılıb:

“ABŞ höküməti, Bayden ilk dəqiqələrdə öz dəstəyini açıqlayıb. Zəlzələ bölgəsinə göndəriləcək axtarış-xilasetmə qrupları hazır hala gətirilib. Dəhşətli fəlakətin baş verdiyi ilk gün mən Türkiyənin ABŞ-dakı səfiri və baş konsulu ilə əlaqə saxladım və onlara yardım üçün olduğumuzu dedim.

Elə ilk gündən etibarən bələdiyyəmizin qapılarını Türkiyəyə və Suriyaya üçün açdıq. Ştatda iş sahiblərini, istər suriyalı, istərsə də türk olsun, hamısını səfərbər etmişik. Bizə kömək etmək üçün türk və ya suriyalı olmaq lazım deyil. Amerikalılarla yanaşı, Latın ölkələrindən, dominikan və meksikalı dostlarımızdan da dəstək alırıq. Biz humanitar səylərimizi bu qlobal böhrandan əziyyət çəkənlərə kömək məqsədi ilə ayırmışıq. Əgər hər hansı bir yerdə fəlakət varsa, bu fəlakət hər yerdə ola bilər”.

Şəhər meri deyib ki, Türkiyədə havanın soyuq olduğunu nəzərə alaraq daha çox qalın geyiblər toplanılır: “Həm böyüklər, həm də uşaqlar üçün qalın geyimlər toplayırıq. Biz insanların həyatını xilas etməyə kömək etmək istəyirik. Şənbə günü Patersonda növbəto açıq yardım aksiyasını keçirəcəyik. Bütün ştatda yaşayanlar Türkiyəyə və Suriyaya dəstəyə gələcəklər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax