Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan regionun gələcək xəritəsindən danışdı

2 dəq
Paylaş:
Paşinyan regionun gələcək xəritəsindən danışdı

Ermənistanın Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasının ölkəsi üçün strateji zərurət olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatında keçirilən iclasında çıxışı zamanı Ermənistanın xarici siyasət kursuna toxunub.

Baş nazirin sözlərinə görə, münaqişə vəziyyətində qalmaqla Ermənistanın suverenliyini və müstəqilliyini təmin etmək mümkün deyil. O, İrəvanın balanslaşdırılmış xarici siyasət yürütməyə çalışdığını qeyd edib.

Paşinyan bildirib ki, hər hansı geosiyasi güc mərkəzinin təsiri ölkənin müstəqilliyini təhdid edəcək səviyyədə artarsa, balansı qorumaq üçün digər güc mərkəzləri ilə əlaqələrini aktivləşdirir.

Ermənistanın Çin, ABŞ, Fransa, Almaniya və Gürcüstanla strateji əməkdaşlıq sazişləri imzaladığını xatırladan Paşinyan İran və Hindistanla münasibətlərin də strateji xarakter daşıdığını vurğulayıb. O, eyni zamanda və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində addımların atıldığını bildirib.

Baş nazir xüsusilə “TRIPP” layihəsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, layihənin reallaşması regionda Şərqdən Qərbə – Xəzər dənizindən Aralıq dənizinə, eləcə də Cənubdan Şimala – Fars körfəzindən Qara dənizə qədər yeni nəqliyyat imkanları yarada bilər.

Qeyd edək ki, ilə bağlı İranda da müxtəlif mövqelər səsləndirilir. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami regional kommunikasiyaların açılması zamanı mümkün risklərin nəzərə alınmasının vacibliyini bildirib. Bəzi keçmiş iranlı rəsmilər isə layihənin İranın Avropa ilə əlaqə marşrutlarına mümkün təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə