Əsas məzmuna keç

Bişkekdə Əliyev və Paşinyan arasında danışıqların detalları

Bişkekdə Əliyev və Paşinyan arasında danışıqların detalları

Azərbaycan və Ermənistan liderləri sülh sazişinin icrası və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyev və Ermənistanın Bişkekdə keçirilən görüşdə sülh prosesinin gələcək mərhələlərini müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hökumətinin yaydığı açıqlamaya görə, tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitinin tarixi əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, həmin sammitdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan birgə bəyannamə və iki ölkə arasında sülhün bərqərar olunmasına dair sazişin paraflanması prosesin əsasını təşkil edir.

Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub.

Liderlər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, üçüncü ölkələrdən taxıl və digər malların ərazisindən tranzitini, eləcə də iki ölkə arasında birbaşa ticarət əlaqələrinin qurulmasını sülhün möhkəmləndirilməsi baxımından vacib addımlar kimi qiymətləndiriblər.

Həmçinin işgüzar dairələr arasında təmasların artırılması və enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət başçıları sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin mövcud razılaşmalara uyğun olaraq davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, Vaşinqton sammitinin nəticələrindən biri olan “Trampın beynəlxalq sülh və rifah naminə marşrutu” (TRIPP) çərçivəsində praktiki addımlar və təşəbbüslə bağlı layihələr nəzərdən keçirilib.

Tərəflər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın artırılmasına yönəlmiş təmasları da müsbət dəyərləndiriblər.

İlham Əliyev və Nikol Paşinyan uzunmüddətli sülhün təmin edilməsi, dövlətlərarası münasibətlərin tənzimlənməsi və regional əlaqələrin gücləndirilməsi istiqamətində birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…